Vankuver iclası soyuq müharibəni xatırladıb
-
Vankuver iclası soyuq müharibəni xatırladıb
İki aparıcı ölkə olan Çin və Rusiyanın iştirakı olmadan iyirmi ölkənin siyasi xadimlərinin Şimali Koreya məsələsinin araşdırılması üzrə Kanadada keçirilən iclası Pxenyana qarşı daha artıq təzyiqə təkid edibdir.
Kanada və ABŞ-ın birgə ev sahibliyi ilə çərşənbə axşamı günü keçirilən iclasda iyirmi ölkənin xarici işlər nazirləri və diplomatları Şimali Koreyaya qarşı sanksiyaların tam şəkildə tətbiqi və bu ölkəyə qarşı daha artıq təzyiqin göstərilməsini vurğulayıblar. İclas yeni bir proqram elan etmədən öz işini başa vurubdur.
Bu iclasda ABŞ-ın dövlət katibi Reks Tillerson öz çıxışında Şimali Koreyaya qarşı təzyiqlərin artırılmasını istəyib və belə deyib: Biz razılığa gəldik ki, sanksiyaların müvəffəqiyyəti üçün BMT üzvlərinin, xüsusən Çin və Rusiyanın əməkdaşlıqları əsas rola malikdir.
Bu iclas barədə bəhs olunası cəhətlərdən biri, 1950-1953-cü illər arasında baş vermiş savaşda Cənubi Koreyanın tərəfində durmuş ölkələrin, o cümlədən Belçika və Danimarkanın dəvət edilməsi olubdur. Bu səbəbdən, çinlilər əsəbiliklə bu prosesi soyuq müharibə təfəkkürü adlandırıblar, zira sırf olaraq bir neçə on il bundan öncə Cənubi Koreyanı himayə etmiş dövlətlərin çağırılmasına səbəb olubdur.
Onlar bu iclasın Çinin iştirakı olmadan keçirilməsini mənasız və hətta regionda səbatsızlığa və dünya ictimaiyyəti arasında təfriqəyə səbəb olan bir iclas adlandırıblar.
Rusiyanın xarici işlər naziri də həmin iclası zərərli və dağıdıcı iclas adlandırıb.