Yan 18, 2018 16:32 Asia/Baku
  • Hindistan din alimləri cəmiyyətinin tələbi
    Hindistan din alimləri cəmiyyətinin tələbi

Hindistan din alimləri cəmiyyətinin katibi bu ölkə dövlətindən istəyibdir ki, sionist rejimlə əlaqələrini yenidən nəzərdən keçirsin.

Mövlana Həkiməddin Qasimi dünən bir mətbuat konfransında sionist rejimin baş naziri Benyamin Netanyahunun Hindistana səfərini tənqid edərək, deyib: Sionist rejim fələstinlilərin ölkəsini qəsb edibdir, buna görə, Hindistan dövləti sionist rejim qarşısındakı siyasətlərini dəyişməlidir.

Sionist rejimin baş naziri Benyamin Netanyahu elə bir halda Hindistandadır ki, onun altıgünlük səfəri bu ölkənin islami təşkilatlarının rəhbərləri, din alimləri və xalqının hiddəti və nifrətinə səbəb olubdur.

Bundan öncə Hindistandakı islami təşkilatların rəhbərləri, din alimləri və məclis üzvlərindən bir qrupu bir bəyanatda sionist rejimin baş nazirinin Yeni-Dehliyə səfərini pisləmişdi.

Teqlər