İŞİD Afrikada böyük əməliyyata hazırlıq görür
-
İŞİD Afrikada böyük əməliyyata hazırlıq görür
Bir Əlcəzair qəzeti İŞİD terror qrupunun Afrikada böyük əməliyyata hazırlıq görməsindən xəbər verib.
Əlxəbər qəzeti İŞİD terror qrupunun Afrikadakı fəaliyyətləri barədəki bir reportajda yazıb: 400-ə yaxın İŞİD ünsürü Liviya, Niger və Malidə, Əlcəzair ilə həmsərhəd məntəqələrdə fəaliyyət göstərirlər ki, təhlükəsizlik orqanlarının bildirdiklərinə görə, qarşıdakı həftələrdə böyük bir əməliyyat keçirmək niyyətindədirlər.
Bu qəzet əlavə edib: Əlcəzair müdafiə nazirinin əvəzi Qaid Salih bir neçə gün bundan öncə bu ölkə sərhədlərində hərbi bölmələrin komandanlarına regionda terror fəaliyyətləri barədə xəbərdarlıq edibdir.
İŞİD terror qrupunun İraq və Suriyadakı məğlubiyyətilə bu qrupun fəaliyyətlərinin Afrika ölkələri daxil olmaqla dünyanın digər məntəqələrində genişlənməsi təhlükəsi artıbdır.