Çin: Nüvə anlaşması beynəlxalq məsələlərin dinc həllinə örnəkdir
https://azeri.sahartv.ir/news/dünya-i292819-Çin_nüvə_anlaşması_beynəlxalq_məsələlərin_dinc_həllinə_örnəkdir
Çinin BMT-dəki səfiri Əhatəli Müştərək Təşəbbüs Proqramını çoxtərəfli nailiyyət və beynəlxalq məsələlərin dinc həlli üçün örnək adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2018 06:52 Asia/Baku
  • Çin: Nüvə anlaşması beynəlxalq məsələlərin dinc həllinə örnəkdir

Çinin BMT-dəki səfiri Əhatəli Müştərək Təşəbbüs Proqramını çoxtərəfli nailiyyət və beynəlxalq məsələlərin dinc həlli üçün örnək adlandırıb.

İRNA-nın məlumatına görə, Vu Haitao cümə axşamı günü kütləvi qırğın silahlarının yayılmasına qadağa mövzusunda keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında deyib: Pekin nüvə anlaşmasına sadiq qalaraq hamının bu anlaşmanın təsirli və tam icrasını davam etdirməli olduğu qənaətindədir. 

Vu Haitao əlavə edib: ŞimaliKoreyanın nüvə təhdidi məsələsi düzgün və məntiqli yola qayıtmalı, gərginliklər aradan qaldırılmalıdır. 

Çinin BMT-dəki səfiri bildirib: Beynəlxalq davranışlarda ikili standartlar ləğv olunmalı, nüvə silahlarının yayılmaması məqsədlərinə çatmaq üçün ilk addım olaraq hüquq bərabərliyi izlənilməlidir.