Trampın hakimiyyətə gəlməsinin birinci ildönümündə ABŞ dövlətinin fəaliyyəti dayandırılıb
ABŞ Konqresinin büdcə layihəsi ilə bağlı müzakirələrinin nəticəsiz başa çatması və büdcə layihəsinin təsdiq edilməməsi, Federal Dövlətin öz fəaliyyətini dayandırmasına səbəb olub.
Tramp hökuməti fəaliyyətinin birinci ildönümündə fəaliyyətini dayandırmalı olub. Bunun səbəbi Trampın bəzi konqresmenləri xeyli qəzəbləndirməsidir. Meksika sərhədlərinə divar çəkməsi və irqçi açıqlamalar verməsi ilə. Tramp həmçinin, hələ uşaq yaşlarında ikən qanunsuz olaraq ölkəyə gəlmiş mühacirlərin Amerikada yaşamasına icazə verən qanunun müddətini uzatmaqdan çəkinib. Tramp onların qeydiyyat müddətini uzatmaq niyyətində olmadığını deyib. Sayları 850 min nəfərdir. İctimai fəal Lusi Qonzales deyir: “Tramp artıq xalqa əhəmiyyət vermir. Xüsusilə mühacirlərə. Bu da onun üçün baş ağrısına çevriləcək. Bu sadəcə kiçik bir nümunədir.”
İndi nə olacaq? Fəaliyyətlərin dayandırılması müvəqqəti olsa da, Amma, bu müddət ərzində bəzi dövlət orqanları və xəstəxanalarda dövlət xidmətləri dayandırılmış olacaq. Bu hətta, bəzi elektrik stansiyalarına da təsir göstərə bilər. Dövlət qulluqçularının çoxu məzuniyyətə göndərilir. Hərbçilər və silahlı qüvvələrin əmək haqları müvəqqəti olaraq dayandırılacaq. İndiyə kimi ABŞ tarixində 19 dəfə oxşar hadisə qeydə alınıb. Sonuncusu 2013-cü ildə qeydə alınıb. Obama hökuməti 16 gün fəaliyyətini dayandırmalı oldu. Sonralar bunun ABŞ iqtisadiyyatına 24 milyard dollar zərər vurduğunu açıqladılar.
Amma, Tramp üçün pis xəbər. ABŞ-ın Ədliyyə Nazirliyi hökumətin fəaliyyətini dayandırmasına baxmayaraq, Trampın seçki qərargahı ilə ruslar arasındakı əlaqələrlə bağlı araşdırmalarını davam etdirəcəyini bildirib.