Yan 21, 2018 12:21 Asia/Baku
  • MKİ-nin gizli məlumatlar bazası bir yeniyetmə haker tərəfindən sındırılıb
    MKİ-nin gizli məlumatlar bazası bir yeniyetmə haker tərəfindən sındırılıb

ABŞ məhkəmələrindən birində bu ölkənin təhlükəsizlik təşkilatlarının "tam məxfi" məlumatlar bazasının 15 yaşlı bir yeniyetmə tərəfindən haker hücumuna məruz qalması ilə bağlı cinayət işi açılıb.

İngiltərədə çıxan Teleqraf qəzetinin yazdığına görə, ABŞ-ın baş prokuroru Con Levid Cons 15 yaşlı Britaniyalı yeniyetmə Keyn Qambelin özünü MKİ-nin sabiq şefi Con Bernan kimi təqdim edərək, Əfqanıstan və İranla bağlı məxfi əməliyyatlar üzrə məlumat bazasına daxil ola bildiyini deyib. 

Conz həmçinin deyib: Kompüter qanunlarını pozmaqda müqəssir bilinən Qambel ilk olaraq MKİ-nin sabiq şefi Con Bernanı hədəfə alıb, daha sonra ABŞ-ın Rabitə Şirkətinin internet hesabların qarşı haker hücumu həyata keçirib. 

ABŞ-ın baş prokuroru hazırda 18 yaşı tamam olan Qambelin Tvitter və Vikiliks hesabları vasitəsi ilə məxfi məlumatları ifşa etməsi ilə bir çox dövlət rəsmisində narahatlıq doğurduğunu deyib. 

Cons həmçinin deyib: Qambel ABŞ-ın daxili təhlükəsizlik naziri Ci Consonun mənzilindəki şəxsi kompüterinə qarşı haker hücumu həyata keçirərək, onun telefon söhbətərini dinləyib. 

ABŞ-ın baş prokurorunun dediyinə görə, bu Britaniyalı gənc Fələstinin azad edilməsini istəyir və ABŞ hökumətinin günahsız insanları öldürdüyünü deyir. 

Teqlər