Tramp əleyhinə etirazlar Amerikanı bürüdü
ABŞ-ın müxtəlif şəhərləri Donald Trampın Ağ Evə daxil olmasının birinci ildönümündə hökumət əleyhinə geniş etiraz aksiyalarının şahidi olub.
Asoşeyted Press-in verdiyi məlumata görə, şənbə günü Birləşmiş Ştatların müxtəlif şəhərlərində keçirilən bu etiraz aksiyalarında prezident Donald Trampa və onun siyasətlərinə qarşı şüarlar səsləndirilib.
Aksiya iştirakçıları Trampın prezident olaraq ötən bir ildə yürütdüyü siyasətlərdən narazı olduqlarını bildiriblər.
Yüz minlərlə amerikalı qadın da yürüş təşkil edərək, Amerikada qadınlara qarşı zorakılıqların artmasına etiraz edib.
Virciniya Ştatından senator Tim Keyn qadınların etiraz aksiyasında çıxış edərək, Amerikanın dövlət vəzifəsində olan qadınların sayı baxımından hətta, İraq və Əfqanıstandan belə geri qaldığını deyib.
İtaliyanın paytaxtı Romada da bir qrup insan Amerikada qadınlar əleyhinə zorakılıqlara etiraz olaraq, aksiya keçirib. Aksiya iştirakçıları xüsusilə Hollivudda və siyasət dünyasında qadınların cinsi istismara məruz qalmasına etiraz ediblər.
ABŞ prezidenti Donald Tramp prezidentliyinin birinci ilində qalmaqallı siyasətləri, açıqlamaları və fərmanları ilə Amerika xalqını və hətta siyasətçiləri xeyli qəzəbləndirib. Belə ki, nə xalq və nə də siyasətçilər Trampın prezidentliyə layiq olmadığını deyirlər.