Yan 22, 2018 18:19 Asia/Baku
  • Pekin ABŞ gəmisinin Cənubi Çin dənizindəki iştirakını qınadı
    Pekin ABŞ gəmisinin Cənubi Çin dənizindəki iştirakını qınadı

Çin Müdafiə Nazirlyi ABŞ-a məxsus bir hərbi gəminin Cənubi Çin dənizində və Çinə bağlı adalardan birinin yaxınlığında olmasına etiraz edib və ABŞ gəmilərindən bu bölgəni tərk etməsini istəyib.

İRNA-nın məlumatına görə, Çinin Müdafiə Nazirliyi ABŞ gəmisinin Cənubi Çin dənizindəki iştirakına reaksiyada bildirib: Bölgənin sülh və stabilliyə ehtiyacı vardır və Çin Vaşinqtona gərginlik ardınca olmamasını tövsiyə edir. 

Çinin Müdaafiə Nazirliyinin məlumatında bildirilib: Çin və cənub-şərqi Asiya ölkələri şəraiti yaxşılaşdırmaq, gərginlikləri azaltmaq ardıncadırlar. Lakin ABŞ bu istiqamətin əksinə hərəkət edir. 

Bu məlumatda əlavə olunur: ABŞ öz gəmilərini bölgəyə ezam etməklə başqa gəmiləri təhlükəyə atır, həmçinin Çinin hakimiyyət hüququ və təhlükəsizliyini təhlükə ilə üzləşdirir, eləcə də Cənubi Çin dənizində sülh və stabillik üçün təhdiddir. 

Teqlər