Yan 22, 2018 20:23 Asia/Baku
  • Çin ABŞ-ın milli müdafiə üzrə yeni strategiyasını tənqid edib
    Çin ABŞ-ın milli müdafiə üzrə yeni strategiyasını tənqid edib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Amerika Birləşmiş Ştatlarının yeni milli müdafiə strategiyasını tənqid atəşinə tutub.

İRNA-nın məlumatına görə, Çin XİN-in mətbuat katibi Hua Çunyin bazar ertəsi günü ABŞ-ın milli müdafiə üzrə yeni strategiyasının soyuq müharibə dönəmini əks etdirən qeyri-konstruktiv ideyalarla dolu olduğunu bildirib. 

Hua Çunyin əlavə edib: ABŞ-ın strategiyasında Çinin müdafiə siyasəti və diplomatiyası qəsdən təhrif olunub və böyük qüdrətlər arasında rəqabət şişirdilmişdir. Halbuki bu reallığı əks etdirmir. 

ABŞ-ın Müdafiə Nazirliyi Pentaqonun Komandanlıq Mərkəzi cümə günü ABŞ-ın milli müdafiəsinin yeni strategiyasını yayımlayıb. Bu sənəddə Çin və Rusiya ABŞ üçün təhlükəsizlik təhdidi adlandırılıb. 

Teqlər