Çin ABŞ-ın yeni ticarət taariflərini tənqid etdi
Yan 24, 2018 10:16 Asia/Baku
ABŞ-ın ticarət taariflərini artırmasını tənqid edən Çin, bunu Amerikanın zərərinə adlandırıb.
İRNA-nın məlumatına görə, Çinin Ticarət Nazirliyi çərşənbə axşamı bir bəyanat yayaraq, ABŞ rəsmilərini Dünya Ticarət Təşkilatının normalarına əməl etməyə, öz daxili qanunları ilə digər ölkələrə qarşı ticarət məhdudiyyətləri yaratmamağa dəvət edib.
Bundan öncə Cənubi Koreya rəsmiləri də ABŞ-ın ticarət taariflərini tənqid edərək, bunu Dünya Ticarət Təşkilatının qərarlarına zidd adlandırmış və bildirmişdilər ki, ABŞ əleyhinə bu təşkilata şikayət edəcəklər.
ABŞ hökuməti son zamanlar Çin və Cənubi Koreya məhsullarının idxalı ilə bağlı bir sıra yeni taariflər təyin edib. Bu da ciddi qalmaqla səbəb olub.