Fransa təhlükəsizlik qüvvələrinin ayrı-seçkilik hərəkəti
-
Fransa təhlükəsizlik qüvvələrinin ayrı-seçkilik hərəkəti
Fransada çıxan "Liberasion" qəzeti Fransa təhlükəsizlik qüvvələrinin qaradərililər və müsəlmanlar qarşısındakı ayrı-seçkilik hərəkətindən xəbər verib.
Fransa təhlükəsizlik qüvvələri bu ölkə vətəndaşlarının müvazinətsiz kimliklərini nəzarətdən keçirərək, qaradərili və ərəb gəncləri hədəfə alırlar.
"Hüquq müdafiəçiləri" adlı qrup Fransa təhlükəsizlik qüvvələrinin ayrı-seçkilik hərəkətləri barədə xəbərdarlıq edərək, bu barədəki hesabatında belə qeyd edib: Ötən beş ildə təhlükəsizlik qüvvələrinin kimliklərini nəzarətdən keçirdikləri şəxslərin səksən faizi qaradərili və ya müsəlman olubdur və kimliyin nəzarətdən keçirilməsinin təkcə beş halı şəxslərin həbsi ilə nəticələnibdir ki, onun səbəbi də qanun məmuruna hörmətsizlik olubdur.
BMT özünün sonuncu beynəlxalq araşdırmalarında qeyri-düzgün etnik-irqi rəftarlarına görə, Fransanı tənqid etmişdi.
Fransa müsəlmanları uzun müddətdir ki, düşmənçilik hisslərinin və irqi ayrı-seçkiliyin artmasından şikayət edirlər, amma indiyədək onların şikayətlərinə heç bir cavab verilməyibdir.