Yan 27, 2018 16:51 Asia/Baku
  • Kabildə güclü partlayış
    Kabildə güclü partlayış

Əfqanıstan paytaxtı Kabilin mərkəzində partlayıcı qurğu yerləşdirilmiş təcili yardım maşınının partladılması nəticəsində onlarla nəfər həlak olub.

Press TV-nin məlumatına görə, bu gün günorta vaxtı Əfqanıstanın Sülh Ali Şurası ofisi, sabiq Daxili İşlər Nazirliyinin binası, polis şöbəsi və Kabil Respublika Xəstəxanası yaxınlığında dəhşətli partlayış baş verib. Nəticədə azı 40 nəfər həlak olub, 140 nəfər də yaralanıb. Yaralılardan bəzisinin vəziyyəti ağırdır.

Ötən həftə də Kabilin İnterkontinental otelinə qarşı terror aktında 43 nəfər həlak olmuş, onlarla nəfər yaralanmışdı.

Taliban terror qrupu Kabil şəhərindəki hər iki terror aktının məsuliyyətini üzərinə götürüb.

Teqlər