Afrika qitəsi yalnız beş faizlik iqtisadi inkişafa malik olub
Afrika İttifaqının sədri deyib ki, Afrika 2014-cü ildən bəri yalnız beş faizlik iqtisadi inkişafa malik olubdur.
Musa Faki Muhəmməd Afrika İttifaqının otuzuncu iclasının başlanması mərasimində deyib: Biz həmrəylik və qarşılıqlı hörmətlə bağlı olan dəyərlərə və iqtisadi layihələrə sadiqik.
Afrika İttifaqının sədri əlavə edib: Afrika qitəsi ölkələrinin xalqlarından milyonlarla nəfərin həyatını hədəfə almış zorakılıq bir problem kimi qarşımızda durur. Həmçinin mübarizə aparılmalı olan terrorizm Afrika xalqları üçün digər bir problem sayılır və belə bir halda, Afrika İttifaqının iqtisadi şəraiti elə bir səviyyədə deyildir ki, xalqların gözləntilərini təmin etmiş olsun. Bu üzdən, Afrika 2014-cü ildən bəri yalnız beş faizlik iqtisadi inkişafa malik olubdur və 2017 və 2018-ci illərin iqtisadi irəliləyişləri də Afrika qitəsinin səhra olmasına görə, azalıbdır.
Musa Faki Muhəmməd həmçinin deyib: Təhsil, səhiyyə və sığorta imkanlarına malik olmayan Afrika xalqlarından milyonlarla nəfər bu qitəni tərk edib. Buna görə, bütün bu şərait bizi Afrika İttifaqında həmkarlığa və birliyə çağırır. Həmçinin problemlərin həlli üçün eyni həll yolları tapılmalıdır. Bizim hörmət və dəyərli olmağımız, həmçinin Afrika xalqlarını müdafiə, siyasi məsələlərdəndir və onlara göz yummaq olmaz. Burada dünyada Afrikanın imicinin yaxşılaşmasına çalışan bəzi ölkələr və şəxsiyyətlərin fəaliyyətlərinə görə təşəkkür etmək lazımdır.