Yan 31, 2018 14:41 Asia/Baku
  • Yüz minlərlə kəşmirli nüfuzlu ruhaninin dəfn mərasimində iştirak edib

Hindistanın nəzarət etdiyi Kəşmirin yüz minlərlə sakini bu bölgənin nüfuzlu şiə ruhanisi Seyid Məhəmməd Fəzlullahın dəfn mərasimində iştirak edib.

İRNA-nın məlumatına görə, bazar ertəsi günü xəstəlik səbəbi ilə 70 yaşında vəfat edən kəşmirli şiə ruhani dini təlim üzrə ekspertlərdən, ziyalılardan və Kəşmirin Camu bölgəsində çoxlu tərəfdarı olan liderlərdən biri idi.

Bildirilir ki, Höccətülislam Ağa Seyyid Məhəmməd Fəzlullahın vəfat etməsi xəbəri yayımlandıqdan bir saat sonra Kəşmirin müxtəlif bölgələrindən beş yüzmindən çox sakin Camuda onun dəfn mərasimində iştirak edib.

Höccətülislam Ağa Seyyid Məhəmməd Fəzlullah vəhdətin, islam məzhəbləri arasında dialoqun güclü tərəfdarı olan liderlərdən biri idi.

Teqlər