Yan 31, 2018 19:22 Asia/Baku
  • Rusiya ABŞ-ın Kreml siyahısına münasib cavab verəcək

Rusiya parlament rəsmiləri bildiriblər ki, Moskva ABŞ Xəzinədarlıq Nazirliyinin Kreml siyahısına münasib cavab verəcək.

 Novosti İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko deyib: ABŞ-ın Xəzinədarlıq Nazirliyinin sanksiya siyahısının araşdırılması ilə ona münasib cavab veriləcək. 

Rusiya Dövlət Dumasının beynəlxalq komitəsinin sədri Aleksey Puşkov da bu qənaətdədir ki, ABŞ-ın yeni sanksiyalarının əsas vəzifəsi Rusiyanın hərbi silah ixracatına zərbə vurmaqdır. Səbəbi isə Rusiyanın dünya silah bazarında mövqeyinin güclənməsidir. 

ABŞ Xəzinədarlıq Nazirliyi Kreml Hesabatı adlı hesabatı sanksiya üçün konqresə təqdim edib. Həmin siyahıda Rusiya prezidenti Vladimir Putinə yaxın 210 nəfərin adı qeyd olunub. 

Teqlər