Fev 01, 2018 17:55 Asia/Baku
  • Kossovonun AB-yə üzvlüyü dalana dirənib
    Kossovonun AB-yə üzvlüyü dalana dirənib

Serbiya məsələləri üzrə ekspert: İspaniyanın Kossovonun Avropa Birliyinə üzvlüyü ilə müxalifəti AB ilə Kossovo arasındakı əlaqələri daha da gərginləşdirib.

Serbiya məsələləri üzrə ekspert Dican Miroviç Spotnik xəbər agentliyi ilə müsahibəsində deyib: İspaniyanın Kossovonun AB-yə üzvlüyünə qarşı çıxması, Kataloniyanın İspaniyadan ayrılması mövzusundan sonra gündəmə gəlib. 

Serbiyada çıxan Novosti qəzeti bu günkü sayında yazıb: İspaniya avropalı ortaqlarına dəfələrlə bildirib ki, Kossovonu sadəcə Serbiyanın bir bölgəsi kimi birliyə qəbul etsinlər. 

İspaniya XİN mətbuat xidməti Novosti qəzetinə bildirib ki, Madrid Kossovonu müstəqil ölkə kimi tanımamaqdakı prinsipinə sadiqdir və bu barədə öz siyasətindən bir addım belə geri çəkilmək niyyətində deyil. 

İndiyədək ABŞ və bir çox Avropa ölkəsi də daxil 110 ölkə Kossovonun müstəqilliyini rəsmən tanıyıb. Bu ölkə Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bank kimi beynəlxalq qurumlara üzvdür. 

Teqlər