Fev 02, 2018 17:44 Asia/Baku
  • Hava qəzasında beş fransalı hərbçi ölüb

Fransa ordusunun iki vertolyotunun toqquşması nəticəsində bu ölkənin azı beş hərbçisi ölüb.

Fransa ordusunun iki vertolyotu bu gün səhər bu ölkənin cənub-şərqində toqquşduqdan sonra süqut edib. Nəticədə onun beş sərnişini həyatını itirib.

Bu hərbi vertolyotlar Fransa quru qoşunlarının yüngül aeronavtika məktəbinə aid olub.

Qəzanın səbəbi hələlik məlum deyil.

Teqlər