Myanmada iki jurnalisti 14 il həbs gözləyir
https://azeri.sahartv.ir/news/dünya-i294361-myanmada_iki_jurnalisti_14_il_həbs_gözləyir
Ruhinqa müsəlmanlarının qırğın edilmələri xəbərlərini işıqlandırmış iki myanmalı ifşaçı jurnalisti on dörd il həbs hökmü gözləyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2018 15:59 Asia/Baku
  • Myanmada iki jurnalisti 14 il həbs gözləyir

Ruhinqa müsəlmanlarının qırğın edilmələri xəbərlərini işıqlandırmış iki myanmalı ifşaçı jurnalisti on dörd il həbs hökmü gözləyir.

Həbs olunmuş iki jurnalistin vəkilinin sözlərinə görə, bu iki jurnalistin dünən keçirilmiş məhkəmə iclasında Myanmanın məhkəmə üzrə məsul şəxsləri xəbərdarlıq ediblər ki, həmin iki jurnalisti 14 il həbs cəzası gözləyir.

Myanmanın Raxin əyalətindəki ruhinqalılar böhranı hadisələrini bir xarici xəbər kanalı üçün işıqlandıran bu iki myanmalı müxbir 2017-ci il dekabrın 12-də həbs olunub.