Rusiya: ABŞ nüvə potensialını artırmağı əsaslandırmaq üçün bəhanə tapıb
Rusiyanın Vaşinqtondakı səfiri deyib: ABŞ öz hərbi xərcləri və nüvə potensialını artırmağı əsaslandırmaq üçün Rusiyanı bəhanə tapıb.
Rusiya əl-Youm televiziyasının məlumatına görə, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib: ABŞ öz hərbi sənayesinə külli miqdarda vəsait əlavə etmək üçün bir daha Rusiyanı təhdid və təhlükəli adlandırır.
Anatoli Antonov əlavə edib: Vaşinqton öz yeni nüvə siyasətləri vasitəsi ilə şərikləri ilə qüdrət prizmasından danışmaq istəyir. Lakin bu formada Rusiya ilə davrana bilməz.
ABŞ-ın yeni nüvə doktrinası prezident Donald Tramp 2017-ci il yanvar ayında Ağ Evə gəlişi ilə irəli sürdüyü çərçivələr istiqamətində cümə günü yayımlanıb.
Bu sənəddə önəmli qeyri-nüvə obyektlərinə hücumlara nüvə reaksiyası və yeni nüvə silahlarının istehsalı nəzərdə tutulub.
Əslində bu sənəd əsasən dünyada əsas nüvə qüdrətlərindən biri olan Rusiyanı nəzərdə tutur.