Londonda Ər-Riyada silah satışına etiraz aksiyası
Fev 04, 2018 21:28 Asia/Baku
Onlarla nəfər Londonda Ərəbistan səfirliyi qarşısına toplaşaraq Britaniyanın Səudiyyə Ərəbistanına silah satışına etiraz edib.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, etirazçılar Britaniyanın Yəmənə hücumda koalisiyaya başçılıq edən Ərəbistana davamlı silah satışına etiraz ediblər.
Silah Ticarət əleyhinə Kampaniyanın sözçüsü İan Pokok deyib: Britaniya hökuməti 2015-ci il mart ayından Ərəbistan hökumətinə 1 milyard 600 milyon funkt-sterlinq dəyərində silah satıb. Ərəbistan isə bu silahlarla Yəməndə ölümlərə və dağıntılara səbəb olub.