Moskvada güclü qar tələfata səbəb olub
İkinci gün dalbadal Moskvada güclü qar yağıntısı Rusiya paytaxtında nəqliyyat sistemində bir çox problemə səbəb olub. Qar yağıntısından irəli gələn şaxtanın şiddəti həmçinin bir nəfərin ölümünə səbəb olubdur.
Rusiya hidrometeorologiya təşkilatı rəsmilərinin bildirdiklərinə əsasən, qarın hündürlüyü təkcə ötən iki gündə altmış iki santimetrə çatıbdır ki, bu da ötən illərdə bütün fevral ayı boyu yağmış qarın miqdarına bərabərlik edir.
Güclü qar, yol qəzalarının artmasına səbəb və şəhər nəqliyyatı iflic olubdur.
Rusiya rəsmilərinin rəsmi məlumatlarına görə, indiyədək Moskvada qar yağıntısı nəticəsində on doqquz halda yol qəzası hadisəsi qeydə alınıb və onun nəticəsində iyirmi iki nəfər yaralanıbdır.
Bazar günü bəzi şose yolları qarın təmizlənməsi məqsədilə bağlanıb. Eyni zamanda, işığın kəsilməsi işıqforların sönməsinə bais olubdur. Moskva aeroportunda yüzdən çox uçuş təxirə düşüb və təqribən otuz uçuş da ləğv edilibdir.