Yaponiya iki Koreya ittifaqı bayrağına etiraz edib
Fev 05, 2018 20:20 Asia/Baku
Yaponiya Yapon dənizində yerləşən "Takeşima" adalarının Cənubi Koreyanın ərazisinin bir hissəsi qeyd olunduğu Şimali Koreya və Cənubi Koreyanın ittifaqı bayrağını tənqid edib.
İki Koreyanın ittifaqı bayrağı dünən iki Koreyadan olan müştərək komanda ilə İsveç komandası arasında keçirilən yoldaşlıq görüşündə qaldırılmışdı.
Seul Yaponiyada "Takeşima", Cənubi Koreyada isə "Dokdo" adlandırılan bu adalara nəzarət edir, Tokio isə bu adaların mülkiyyəti iddiasını irəli sürür. Yaponiya dövləti bu qənaətdədir ki, həmin adalar bu ölkə ərazisinin ayrılmaz hissəsidir və deyir ki, Cənubi Koreya qanunsuz olaraq, həmin adaları işğal edibdir.