Almaniyanın yeni hökuməti nüvə sazişinin icrasına təkid edib
https://azeri.sahartv.ir/news/dünya-i294915-almaniyanın_yeni_hökuməti_nüvə_sazişinin_icrasına_təkid_edib
Almaniyanın yeni hökuməti İran ilə 5+1 qrupu arasında imzalanmış nüvə razılaşmasını dəstəklədiyini təkrar elan edərək İran İslam Respublikası ilə iqtisadi əməkdaşlıqlar qarşısında duran maneələrin aradan qaldırılmasına çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2018 08:34 Asia/Baku
  • Almaniyanın yeni hökuməti nüvə sazişinin icrasına təkid edib

Almaniyanın yeni hökuməti İran ilə 5+1 qrupu arasında imzalanmış nüvə razılaşmasını dəstəklədiyini təkrar elan edərək İran İslam Respublikası ilə iqtisadi əməkdaşlıqlar qarşısında duran maneələrin aradan qaldırılmasına çağırıb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Almaniya partiyalarının çıxılmaz siyasi duruma son qoymaq barədə razılaşmalarından və böyük koalissiya təşkil etmələrindən sonra yeni hökumət İran ilə 5+1 qrupu arasında imzalanmış nüvə razılaşmasına təkrar dəstək nümayiş etdirib. 

Almaniyanın yeni hökumətinin bəyanatında deyilir: Berlin həm də Tehranla iqtisadi əməkdaşlıqlar qarşısında duran maneələrin aradan qaldırılmasını istəyir.