Mərkəzi Afrikada daha 7 mindən çox insan didərgin düşüb
Beynəlxalq Qızıl Xaç Komitəsinin Mərkəzi Afrikanın paytaxtı Bangidəki nümayəndəliyi bu ölkədə daha 7 mindən çox insanın didərgin düşməsindən xəbər verib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bangidəki nümayəndəliyi dünən bildirib ki, Mərkəzi Afrikada silahlı qruplar arasındakı toqquşmalar üzündən, 2017-ci ilin dekabr ayının sonlarından bəri təqribən yeddi min 400 nəfər didərgin düşüb və bu ölkənin şimal-qərbində yerləşən Markunda məntəqəsinə qaçıbdır.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bangidəki nümayəndəliyinin məlumatına görə, Markunda məntəqəsindəki yeni didərginlərin şəraiti acınacaqlı və qeyri-münasibdir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bangidəki nümayəndəliyi qeyd edib ki, təkcə Markunda məntəqəsindəki səhiyyə mərkəzi toqquşmalar üzündən qarət olunubdur.
Mərkəzi Afrika Qərb ölkələrinin müdaxilə mahiyyətli siyasətləri ucbatından 2013-cü ildən bəri etnik toqquşma və əmin-amansızlıqla üzləşir.