Fev 09, 2018 17:01 Asia/Baku
  • C.Koreya prezidenti Ş.Koreya rəsmisilə görüşüb
    C.Koreya prezidenti Ş.Koreya rəsmisilə görüşüb

Uzun müddətdən sonra Cənubi Koreyanın prezidenti Seulda Şimali Koreyanın yüksək vəzifəli rəsmisilə görüşüb.

Cənubi Koreyanın prezidenti Mun Çje İn bu gün Seulda bu ölkədə qış olimpiya oyunlarının açılış mərasimində iştirak etmək üçün Cənubi Koreyaya səfər etmiş Şimali Koreya ali məclisinin sədri Kim Yun Nam ilə görüşüb.

Belə bir halda, Şimali Koreya bildirib ki, bu ölkənin yüksək vəzifəli heyəti şənbə günü də Mun Çje İn ilə iki tərəfi maraqlandıran bəzi məsələlər və idman yarışları barədə danışacaqdır.

Bundan öncə Cənubi Koreya ümidvarlıq etmişdi ki, bu səfər iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında danışıqlar üçün fürsət yaradacaqdır.

Şimali Koreyanın ikinci şəxsi sayılan Kim Yun Nam və bu ölkə rəhbərinin bacısı Kim Yu Cun dünən Cənubi Koreyaya daxil olublar.

Son aylar ərzində iki Koreya əlaqələrində yaxşılaşma nişanələri görünübdür. 

Şimali Koreyanın baş nümayəndələri öz həmkarları ilə Cənubi Koreyanın "Atəşkəs kəndi" kimi tanınan Panmunjom kəndində Şimali Koreya idmançılarının qış olimpiya oyunlarında iştirakı barədə danışıqlar aparıblar.

Amerika Trampın yeni strategiyasının və Şimali Koreyanın raket sınaqlarının qarşısının alınması bəhanəsilə Koreya yarımadasındakı böhranı şiddətləndirməsinin ardınca iki Koreyanın regional dialoqlarını daha da mürəkkəbləşdiribdir.

Teqlər