Fev 09, 2018 19:32 Asia/Baku
  • BMT rəsmisinin İŞİD haqda xəbərdarlığı
    BMT rəsmisinin İŞİD haqda xəbərdarlığı

BMT-nin anti-terrorizm bürosunun sədri deyib ki, İŞİD hələ də genişlənməkdə olan bir hədə sayılır və onunla mübarizə yeni etapa daxil olubdur.

Vladimir Voronkov dünən BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edərək, terrorizmə qarşı fəaliyyətlər barədəki bir hesabatda deyib: İŞİD İraqda, Suriyada və Filippinin cənubundakı geriçəkilmələrinin əksinə olaraq, hələ də bütün dünyada öz geniş təhdidini davam etdirir.

Voronkov əlavə edib: İŞİD daha bir ölkə ərazisinə yiyələnmək və onu saxlamaq təmərküzünə malik deyil; o, şəxslərdən ibarət kiçik qruplar üzərində daha artıq təmərküzə üz tutubdur.

Voronkovun sözlərinə görə, İŞİD hazırda beynəlxalq bir şəbəkə kimi paylanmış ardıcıllıqla və üzvlərə daha az əməliyyat nəzarətilə təşkil edilir.

İŞİD-in İraq və Suriyadakı məğlubiyyətlərilə onun üzvlərinin bütün dünyaya, xüsusən Avropa və Amerikaya yayılması qorxusu yeni beynəlxalq nigarançılıq dalğası yaradıbdır.

Teqlər