Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb
Moskvada Domodedovo aeroportundan havaya qalxan An-148 sərnişin təyyarəsi 2 dəqiqə sonra qəzaya uğrayıb.
Bu gün Moskva vilayətinin Ramensk rayonu yaxınlığında yerləşən Stepanovs yaşayış məntəqəsi yaxınlığında Domodedovo-Orsk istiqamətində 703 saylı reysi həyata keçirən An-148 təyyarəsi qəzaya uğrayıb.
Təyyarə "Saratov aviakompaniya"sına məxsus olub. İnterfaksın veridiyi xəbərə görə, Omska uçan təyyarənin göyərtəsində olan 71 nəfərdən 65-i sərnişin, 6-sı ekipaj üzvü olub. Hadisədə sağ qalan olmadığı bildirilir.
Təyyarənin havaya qalxarkən vertolyotla toqquşduğu güman edilir. Lakin bu versiya, öz rəsmi təsdiqini tapmayıb.
Hadisə yerinə dərhal Rusiya FHN-in xilasedici qrupları, təcili-tibbi yardım və digər ekstern reaksiya xidmətləri cəlb edilib
Rusiya Prezidenti Vladimir Putin qəzada həlak olanların ailələrinə başsağlığı verdi.Putin həmçinin qəzanın araşdırılması ilə bağlı tapşırıq verib.