Fev 15, 2018 09:39 Asia/Baku
  • ABŞ-da məktəbdə silahlı insident; 17 ölü
    ABŞ-da məktəbdə silahlı insident; 17 ölü

ABŞ-ın Florida ştatında orta məktəbdə silahlı insident nəticəsində azı 17 nəfər həlak olub.

İRİB-in məlumatına görə, Florida polisi ötən gecə bildirib: Cənubi Floridanın Parakland şəhərinin Stonmen Douqlas məktəbində atəş açan şəxs Nikolas Krus adlı 19 yaşlı gəncdir. O bir müddət öncə inzibati məsələlərə görə məktəbdən qovulub. 

Florida ştatı tibb rəsmiləri indiyə qədər insidentdə 17 nəfərin həlak olduğunu təsdiqləyiblər. Yaralılardan bəzisinin vəziyyəti ağırdır. 

Amerikalı silahqayırma şirkətlərinin əsas hamilərindən olan ABŞ prezidenti Donald Tramp Stonmen Douqlas məktəbindəki dəhşətli insidentə reaksiyada öz Twitter səhifəsində yazıb: ABŞ məktəblərində heç kim destabilliyi hiss etməməlidir. 

ABŞ-ın qalmaqallı prezidenti prezidentliyi başlayarkən ölkədə silahları olan şəxslərə üzünü tutaraq bildirmişdi ki, silahları olan şəxslərin hüquqlarına 8 il təcavüz sona çatıb və indi onların Ağ Evdə həqiqi bir himayəçisi vardır. 

ABŞ-ın müxtəlif bölgələrində ildə silahlı insidentlər nəticəsində minlərlə nəfər həlak olur və ya yaralanır. Rəsmi statistikalara əsasən, ABŞ-da təxminən 270-300 milyon odlu silah vardır. Yəni təxminən hər bir nəfərin bir silahı vardır. 

Birləşmiş Ştatlarda vətəndaşlıq hüquqlarını müdafiə qruplarının müraciətinə rəğmən, silah lobbilərinin güclü olmasına görə, indiyə qədər ABŞ hökumətlərindən heç biri ölkədə silah satışına məhdudiyyət haqda qanunlar tətbiq edə bilməmişdir. 

Teqlər