İldə 38 min ölü; ABŞ-da odlu silahla atışmanın nəticəsi
Amerikada silah ilə bağlı qanunların dəyişdirilməsi üzrə tələblər barədə ekspert və "Gifords" müəssisəsinin banisi bildirib ki, hər il bu ölkədə yüz minlərlə nəfər odlu silahla hücumlara məruz qalır və təqribən qırx min nəfər də öldürülür. O, deyib: Amerika xalqı elə şəxsləri konqresə göndəribdir ki, lobbiçilik edən şirkətlər vasitəsilə silah alış-verişini himayə edirlər və həmin məsələ bu barədə sərt qərarlar çıxarmalarında onların iflic və aciz olmalarına səbəb olur.
Bütün Amerika ictimaiyyəti və amerikalı ailələrin hiddətinin artmasına səbəb olan məlumatlar yayılıbdır. Deyilənlərə görə, altı həftə bundan öncə FBI hücumçu şəxs, onun silaha malik olması və insanları öldürmək üzrə təmayülü barədə xəbərdarlıqlar alıb, lakin bu sahədə təhqiqatlar aparmayıbdır.
Amerikada silah ilə bağlı qanunların dəyişdirilməsi üzrə tələblər barədə ekspert və "Gifords" müəssisəsinin banisi Mark Keli bu ölkədə silah ilə bağlı qanunların dəyişdirilməsi ilə əlaqədar belə deyib: Deyə bilərəm ki, keçmişdə də bu cür hadisələrin şahidi olmuşam. Yəni bu yaşda olan yeniyetmələr atəşə tutulublar. Bu yeniyetmələrin bəziləri səsvermə yaşındadırlar. Onlar dəyişiklik istəyirlər.
O, həmçinin FBI-ın belə bir hücumun baş verməsi ehtimalı barədə əldə olunan məlumatlarla bağlı təhqiqatın həyata keçirilməsindəki uğursuzluğu haqda belə deyib: Sevinirəm ki, FBI peşəkar bir təşkilat kimi sədaqətlə hərəkət edərək, etiraf etdi və bu, bir həqiqətdir ki, onlar bu məsələyə göz yumublar.