Fev 18, 2018 09:37 Asia/Baku
  • Ermənistan dövləti bu ölkə əhalisini artırmaq istəyir
    Ermənistan dövləti bu ölkə əhalisini artırmaq istəyir

Ermənistan dövləti bu ölkə əhalisini artırmağa səy istiqamətində öz vətəndaşları üçün imkanları artırıbdır.

Ermənistan əmək və sosial məsələlər nazirinin müavini Anahid Qalustyan deyib ki, bu ölkə dövləti üçüncü körpənin təvəllüdü qarşılığında onun valideynlərinə təqribən üç min dollar nağd pul hədiyyə edəcək ki, onun yarısı ailəyə aid olacaq və yerdə qalan yarısı da körpənin adına açılacaq bank əmanət hesabına köçürüləcəkdir.

Ermənistan dövləti valideynləri üçüncü övlada malik olmağa təşviq etmək məqsədilə həmçinin işləyən qadınlar üçün goğuş məzuniyyətini doqquz aydan üç ilədək uzadıbdır.

Amma ekspertlər bu qənaətdədirlər ki, əhalnin artırılması üçün birinci əsas şərt, ailənin təşkilinə lazım olan zəminlərin yaradılmasıdır. Eyni zamanda, boşanma statistikasının yüksəlməsinin qarşısının alınması və cəmiyyətdə ailəvi dəyərlərin bərpası əhalinin artırılması siyasətinin icrasına lazım olan digər önehtiyaclardır.

Teqlər