Gürcüstanda Əhli-beyt(ə) aşiqləri matəm mərasimi keçirib
Gürcüstanda Əhli-beyt(ə) aşiqləri həzrət Fatimeyi Zəhranın(s) şəhadətinin ildönümü ərəfəsində dünən gecə matəm mərasimi keçirərək həzrət Peyğəmbərin(s.ə.ə) əziz qızına olan məhəbbətlərini nümayiş etdiriblər.
İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, İranın Gürcüstandakı səfirliyi bildirib ki, Gürcüstanın 10 bölgəsində xanım Fatimənin(s) şəhadəti günləri münasibəti ilə matəm mərasimləri təşkil olunub. Dünən gecə və bu gün də Əhl-beyt(ə) aşiqləri Marneuli şəhərində İmam Hüseyn(ə) məscidi və Əhli-beyt mərkəzinin hüseyniyyəsində möhtəşəm matəm mərasimləri keçiriblər.
Mərasimlərdə çıxış edənlər həzrət Fatimənin(s) fəzilətləri, o həzrətin mövqeyini açıqlayıblar və o həzrəti nümunə götürməyin vacibliyini vurğulayıblar.
Əhli-beyt(ə) məddahları da bu matəm münasibəti ilə növhə oxuyublar.