Fev 19, 2018 18:03 Asia/Baku
  • Tereza Mey bir məscidə hicabla baxış keçirib
    Tereza Mey bir məscidə hicabla baxış keçirib

Britaniyanın baş naziri islami örtüyə riayət edərək Londonda bir məscidə baxış keçirib.

21 xəbər agentliyinin verdiyi məlumata görə, Britaniyanın baş naziri Tereza Mey dünən " Bizim məscidə baxış keçirin" adlı layihə çərçivəsində Londonun Midenhed ərazisində yerləşən bir məscidə baxış keçirib. 

Britaniyada 200-dən çox məscid " Bizim məscidə baxış keçirin" adlı layihəyə qatılıb. Bu layihədə məqsəd digər dinlərin davamçılarını islam dini ilə tanış etmək, islamofobiya ilə mübarizə aparmaqdır. 

İran islam inqilabının böyük rəhəbərinin ofisinin tabeliyində olan Britaniyanın islami mərkəzi də bu layihəyə qatılıb. 

" Bizim məscidə baxış keçirin" adlı layihə hər il 18 fevralda həyata keçirilir.  

Teqlər