Tramp bəzi ölümcül silahların qadağan edilməsi tələbinə təslim olub
https://azeri.sahartv.ir/news/dünya-i296345-tramp_bəzi_ölümcül_silahların_qadağan_edilməsi_tələbinə_təslim_olub
ABŞ prezidenti adi silahı ölümcül silaha çevirən təchizatların qadağan edilməsi barədə göstəriş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2018 06:44 Asia/Baku
  • Tramp bəzi ölümcül silahların qadağan edilməsi tələbinə təslim olub

ABŞ prezidenti adi silahı ölümcül silaha çevirən təchizatların qadağan edilməsi barədə göstəriş verib.

CNBC telekanalının verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp bu ölkənin Ədliyyə Nazirliyinə bəzi silah təchizatlarından istifadəyə qadağa tətbiq edilməsi barədə göstəriş verib. 

Bu qadağa adi və yarım avtomat silahı ölümcül silaha çevirən təchizatlara şamil olur. 

Tramp ötən il silah satıcılarının psixləri müəyyənləşdirən informasiya bankından istifadə edərək bu kimi şəxslərə silah satmamaları üçün nəzərdə tutulan qanunun icrasına mane oldu.