Amerikada silah gəzdirməyə qarşı aksiya
https://azeri.sahartv.ir/news/dünya-i296463-amerikada_silah_gəzdirməyə_qarşı_aksiya
Florida ştatında baş verən atışmada ölənlərin ailələri Florida Konqresi qarşısında aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2018 06:26 Asia/Baku
  • Amerikada silah gəzdirməyə qarşı aksiya

Florida ştatında baş verən atışmada ölənlərin ailələri Florida Konqresi qarşısında aksiya keçiriblər.

APTN-nin verdiyi məlumata görə, əksəriyyəti məktəblilərdən ibarət olan aksiya iştirakçıları dünən Florida ştat konqresi qarşısına toplaşaraq Amerikada atışmalara etiraz ediblər. 

Məktəblilər AR-15 tipli silhların qadağan edilməsini istəyiblər. Florida ştatında məktəblilərə qarşı həmin silahdan istifadə olunmuşdu. 

Aksiyaçılar bildiriblər ki, Florida ştat konqresi üzvləri silah barədə qanunların dəyişdirilməsinə təşəbbüs göstərməzlərsə 2018-ci il seçkilərində rəy qutusu vasitəsi ilə lazımı dəyişikliklər edəcəklər.