BMT-nin baş katibi Suriyada atəşkəsi alqışladı
-
BMT-nin baş katibi Suriyada atəşkəsi alqışladı
BMT-nin baş katibi Antonio Quterreş şənbə günü Təhlükəsizlik Şurasında Suriyada 30 günlük atəşkəsin elan edilməsi haqda qətnamənin qəbul edilməsini müsbət qarşılayıb və bu ölkəyə təcili humanitar yardımların göndərilməsini istəyib.
BMT-nin Təhlükəsizlik Şurası şənbə günü Suriyada 30 günlük atəşkəsin elan edilməsi və mühasirədə olan ərazilərə humanitar yardımların çatdırılmasına şəraitin yaradılması haqda bir qətnamə qəbul edib. Rusiyanın təzyiqləri ilə terrorçu qruplar bu qətnamənin əhatə dairəsindən çıxarılıblar.
2401 saylı qətnamə Təhlükəsizlik Şurasının bütün daimi və qeyri daimi üzvlərinin lehinə verdiyi səslə qəbul edilib.
Bu qətnaməyə əsasən atəşkəsin icra edildiyi müddət ərzində Suriyada ordu qüvvələri tərəfindən mühasirədə olan bəzi məntəqələrə humanitar yardımların çatdırılmasına icazə veriləcək.
Əl-Qaidə, Ənnüsrə Cəbhəsi, İŞİD və BMT tərəfindən terrorçu olaraq tanınan digər qruplar atəşkəsin əhatə dairəsinə daxil edilməyiblər.
Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığında yerləşən Şərqi Qutə məntəqəsi strateji əhəmiyyətə malikdir və Suriya ordusu bu məntəqəni terrorçulardan təmizləməyə çalışır.