Tramp geri addım atdı; hərbi paradla bağlı istəyini geri götürdü
https://azeri.sahartv.ir/news/dünya-i296857-tramp_geri_addım_atdı_hərbi_paradla_bağlı_istəyini_geri_götürdü
Donald Tramp ABŞ ordusunun paytaxt Vaşinqtonda hərbi parad keçirməsi ilə bağlı istəyini geri götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2018 12:53 Asia/Baku
  • Tramp geri addım atdı; hərbi paradla bağlı istəyini geri götürdü
    Tramp geri addım atdı; hərbi paradla bağlı istəyini geri götürdü

Donald Tramp ABŞ ordusunun paytaxt Vaşinqtonda hərbi parad keçirməsi ilə bağlı istəyini geri götürüb.

ABŞ prezidenti Donald Tramp bazar günü Foks Nyus kanalına verdiyi müsahibədə hərbi parad və onunla bağlı məsələlər haqda deyib: "Belə bir hərbi paradın münasib vəsait hesabına keçirilməsi imkanının olub-olmadığını araşdırmaq lazımdır. Əgər bacarmasaq, bu işi görməyəcəyik. Baxmayaraq ki, generallar  və mən bu paradın keçirilməsini  istəyirik."

"Militari Tayms" mətbu orqanı tərəfindən aparılan rəy sorğusuna əsasən, rəy sorğusunda iştirak edənlərin 89%-i belə bir hərbi paradın keçirilməsinə qarşı çıxaraq, bunu israfçılıq hesab ediblər.

Pentaqon və ABŞ ordusunun digər rəsmiləri belə bir paradın keçirilməsi üçün lazım olan logistik məsələlər habelə, ağır tankların paytaxt küçələrindən keçməsi ilə bağlı öz narahatlıqlarını elan ediblər.

Ağ Evin büdcə məsələləri üzrə müdiri Mayk Mulvani də konqresmenlərə belə bir paradın keçirilməsinin ən azı 30 milyon dollar vəsaitə ehtiyaclı olduğunu deyib.