İngiltərənin Lester şəhərindəki hadisədə ölən və yaralananların sayı artıb
https://azeri.sahartv.ir/news/dünya-i296947-İngiltərənin_lester_şəhərindəki_hadisədə_ölən_və_yaralananların_sayı_artıb
İngiltərənin Lester şəhərində baş vermiş partlayış hadisəsində ölən və yaralananların sayı səkkiz nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2018 09:41 Asia/Baku
  • İngiltərənin Lester şəhərindəki hadisədə ölən və yaralananların sayı artıb
    İngiltərənin Lester şəhərindəki hadisədə ölən və yaralananların sayı artıb

İngiltərənin Lester şəhərində baş vermiş partlayış hadisəsində ölən və yaralananların sayı səkkiz nəfərə çatıb.

İngiltərə polisi dünən gecə baş vermiş Lester partlayışında dörd nəfərin ölməsini təsqidləyib.

Polisin bildirdiyinə görə, bu partlayışda dörd nəfər də yaralanıbdır ki, onlardan birinin vəziyyəti ağır elan olunubdur.

Bu hadisə nəticəsində bir ərzaq mağazasının binası və onun qonşuluğundakı bir ev çökübdür.

Polis ətrafdakı altmış binanı boşaldıb və bildirib ki, bu hadisə ehtimal üzrə terror hadisəsi deyildir.

Hazırda hadisə yerinə çıxan bəzi yollar bağlanıb və vətəndaşlara da təklif olunubdur ki, bu məntəqəyə yaxınlaşmasınlar.