Fev 27, 2018 10:07 Asia/Baku
  • Rusiya Britaniyanın İran əleyhinə qətnaməsinə veto qoydu
    Rusiya Britaniyanın İran əleyhinə qətnaməsinə veto qoydu

Təhlükəsizlik Şurasında Britaniyanın Yəmən əleyhinə silah embarqolarının müddətinin uzadılması üzrə İran əleyhinə qətnaməsi ilə əlaqədar Rusiya veto haqqından istifadə edib.

İRNA-nın məlumatına görə, BMT Təhlükəsizlik Şurası bazar ertəsi günü Yəmən əleyhinə 2 qətnamənin ilkin mətnini araşdırmaq üçün iclas təşkil edib. 

Britaniyanın təklif etdiyi ilk qətnamə Yəmənə silah göndərmək üzrə iddialar ardınca İrana təzyiqi artırmaq məqsədini daşıyırdı. Lakin Rusiya həmin qətnaməyə veto tətbiq edib. 

Rusiyanın təklif etdiyi 2-ci qətnamə isə 2019-cu il fevral ayına qədər Yəmənə silah embarqoları müddətinin uzadılması üzrə idi. Bu qətnamə bütün üzvlərin lehinə səsi ilə təsdiqlənib. 

Britaniya bu qətnaməni ABŞ və Fransanın köməyi ilə tənzimləmişdi. 

Teqlər