Fev 27, 2018 13:19 Asia/Baku
  • Ağ Ev: Tramp hökuməti Şimali Koreyanın daimi tərksilah olunmasına sadiqdir
    Ağ Ev: Tramp hökuməti Şimali Koreyanın daimi tərksilah olunmasına sadiqdir

Ağ Evin sözçüsü deyib: ABŞ prezidenti Donald Trampın hökuməti Şimali Koreyanın daimi tərksilah edilməsinə yüz faiz sadiqdir.

Röytersin məlumatına görə, Sara Sanders deyib: ABŞ Şimali Koreyaya təzyiqlərin qorunması üçün hərtərəfli səylərini davam etdirir və həmişə bu qənaətdədir ki, Şimali Koreya qarşısında daha aydın yolda qərarlaşıb. 

Sanders əlavə edib: Pxenyan danışıqlara maraq göstərib. Bununla belə açıq-aşkar şəkildə elan edirik ki, nüvə tərksilahı Şimali Koreya ilə danışıqların yekun həll yolu olmalıdır. O vaxta qədər ABŞ və dünya Şimali Koreyaya nüvə və raket proqramının dalana dirəndiyini əks etdirməlidir. 

ABŞ prezidenti Donald Tramp ötən həftə sanksiyalar siyahısını elan edib. Bu siyahıda Şimali Koreya, Çin və bir neçə ölkənin şirkəti və gəmisi yer alıb. 

Teqlər