Fev 28, 2018 10:13 Asia/Baku
  • Avropa Birliyi Trampın iqtisadiyyat müharibəsinə qəti cavab verməyə hazırdır

Avropa Birliyinin ticarət məsələləri üzrə ali komissarı deyib: Əgər ABŞ prezidenti AB əleyhinə ticarət əlaqələrini məhdudlaşdıracaq addımlar atarsa, Brüsselin cavabı qətiyyətli olacaq.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Avropa Birliyinin ticarət məsələləri üzrə ali nümayəndəsi Sisiliya Malmstrom AB-nin ticarət nazirlərinin Bolqarıstanın paytaxtı Sofiyada keçirilən iclasına daxilolarkən deyib: ABŞ prezidenti kəskin addım atarsa, Brüssel qətiyyətli tədbirlər görəcək.

Bu məlumata görə, Avropa Birliyinə üzv 28 ölkə ABŞ prezidenti Donald Trampın nəzərdə tutduğu tədbirlərdən nigarandır. 

Tramp son zamanlar Amerikada milli maraqlar və iş yerlərinin qorunması məsələsini gündəmə gətirərək, alüminium və polad idxalı üçün yeni gömrük rüsumları təyin etmək qərarına gəlib. Tramp polad məsələsi ilə bağlı qərar qəbul etmək üçün 11 aprel, alüminium məsələsi barədə isə 19 aprelə kimi fürsətə malikdir. 

Teqlər