Mart 01, 2018 12:14 Asia/Baku
  • Hindistan sərhədçilərinin atəş açması nəticəsində Pakistanın iki hərbçisi həlak olub
    Hindistan sərhədçilərinin atəş açması nəticəsində Pakistanın iki hərbçisi həlak olub

Hindistan sərhədçilərinin Kəşmir məntəqəsində Pakistan sərhədçilərinə tərəf atəş açması nəticəsində, iki pakistanlı hərbçi həyatını itirib.

İRİB-nin verdiyi məlumata görə, Pakistan ordusunun mətbuat xidmətinin cümə axşamı yaydığı bəyanatda deyilir: Hindistan sərhədçilərinin Kəşmir məntəqəsində, Bhimber sərhəd nöqtəsində atəş açaraq, iki Pakistan hərbçisini öldürmələrinin ardınca, Pakistanın sərhəd qüvvələri cavab atəşi açaraq, Hindistanın məntəqədəki hərbi mövqelərini hədəfə alıblar. 

Dünən də Hindistan sərhədçiləri Kəşmir məntəqəsində iki pakistanlını o cümlədən 13 yaşlı bir yeniyetməni qətlə yetirmiş, 4 nəfəri isə yaralamışdılar. 

2003-cü ildə imzalanmış atəşkəs anlaşmasına baxmayaraq, Hindistan ordusu davamlı olaraq Kəşmir məntəqəsində Pakistan sərhədçilərinə və sivil əhaliyə qarşı atəş açaraq, insan tələfatına səbəb olur. 

Hazırda Kəşmir məntəqəsinin bir hissəsi Hindistan, digər hissəsi isə Pakistanın nəzarəti altındadır. 

Hindistan və Pakistan Kəşmirin mülkiyyəti ilə bağlı ixtilaflara malikdirlər. 

BMT Kəşmirin vəziyyətinə aydınlıq gətirilməsi üçün referendumun keçirilməsini istəyir. 

Teqlər