Mart 01, 2018 17:21 Asia/Baku
  • Taliblər sülh müzakirəsi istəyini qəbul etmədilər
    Taliblər sülh müzakirəsi istəyini qəbul etmədilər

Taliblər Əfqanıstan dövlətinin Beynəlxalq Kabil Konfransında sülh müzakirələri ilə bağlı istəyini rədd edərək, bunu özlərinə qarşı "fitnə" adlandırıb.

Beynəlxalq Kabil Konfransından bir gün sonra Taliblər bir məktub yayaraq, Beynəlxalq Kabil Konfransının sülh müzakirələri ilə bağlı istəyini rədd edib və sülh istiqamətindəki bütün səyləri məntiqsiz hərəkət adlandırıb. Taliblər sülh adı altında atılan addımların Taliblərin təslim olmasına kökləndiyini bildiriblər. 

Taliblər sabiq amerikalı diplomat Barent Rubinə xitabən bu qruplaşmanın öz savaşında haqlı olduğunu vurğulayıb. 

Barent Rubin çərşənbə günü Taliblərə ünvanlanmış bir məktubda Taliblərdən müzakirələrə olan sədaqətinin müstəqil və real olduğunu sübut etmələrini istəmişdi. 

Amma, Taliblər qrupu Barentin istəyinə cavab olaraq Əfqanıstanın işğal edildiyini bildirib və deyib: Sizin Kabil hökumətinin legitimliyini tanımaq və onunla danışıqlar aparmaq üzrə istəyiniz, Amerikanın müharibədə qələbə çalmaq üçün seçdiyi yoldur. 

Taliblər daha sonra savaşın davam etməsi və sivil əhali arasındakı insan tələfatını ABŞ ordusunun hava hücumları və quru qoşunlarının hərbi əməliyyatlarının nəticəsi adlandırıb. 

Əfqanıstanın prezidenti MƏhəmməd Əşrəf Qəni isə çərşənbə günü Beynəlxalq Kabil Konfransında ilk dəfə olaraq Əfqanıstan hökumətinin heç bir ilkin şərt olmadan Taliblər ilə müzakirəyə hazır olduğunu elan etdi. 

Taliblər bir müddət öncə Amerika ilə sülh müzakirələri məsələsini ortaya atmışdlar. Amma, Əfqanıstan rəsmilərinin dediklərinə görə, Amerika Taliblərin sülh danışıqları ilə bağlı istəyini rədd edərək, Taliblərin Əfqanıstan hökuməti ilə müzakirə aparmalı olduqlarını bildirib. 

Teqlər