Ukrayna dövlətinin müxalifləri aksiya keçiriblər; onlarla nəfər yaralanıb və həbs olunub
Ukraynanın paytaxtında dövlətlə müxalif olan aksiyaçılarla polis qüvvələri arasında baş verən toqquşmada on nəfər yaralanıb, azı əlli nəfər də həbs edilibdir.
Ukrayna parlamentinin yaxınlığında piket keçirən aksiyaçılar korrupsiyaya etiraz edirlər.
Kiyevin polis rəisi deyib ki, toqquşmalarda altı aksiyaçı və dörd polis qüvvəsi yaralanıb, əlli nəfər isə həbs olunubdur.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilnin tərəfdarlarından onlarla nəfər ötən ilin oktyabrından bəri Ukrayna parlamentinin yaxınlığında çadır quraraq, bu ölkənin prezidenti Pyotr Poroşenkonun hakimiyyətdən uzaqlaşdırılmasını tələb edir.
Öncə Poroşenkonun müttəfiqlərindən olmuş Saakaşvili onun sərt müxaliflərindən birinə çevrilib və daimi olaraq, Ukraynaya hakim kəsilmiş iqtidarı korrupsiyada ittiham edir.
Saakaşvili fevralın 12-də Polşaya ixrac olunub və Kiyev onun Ukrayanaya girişini üç il müddətinə qadağan edibdir.