Mart 04, 2018 09:41 Asia/Baku
  • Berlində
    Berlində "Zeytun Budağı" əməliyyatına qarşı aksiya keçirilib

Şənbə günü Almaniyanın paytaxtı Berlin şəhərində yüzlərlə nəfər Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatlarına etiraz olaraq aksiya keçirib.

Türkiyə ordusu 20 yanvar 2018-ci il tarixində "Zeytun Budağı" adı ilə Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatda məqsəd Suriyanın şimalında ABŞ tərəfindən himayə edilən və silahlandırılan terrorçular və kürd yaraqlılarına qarşı mübarizə aparmaqdır. ABŞ Suriyanın şimalında terrorçular və kürd yaraqlılarını silahlandıraraq, onlardan Əsəd hökumətinə təzyiq göstərmək və Suriyanı parçalamaq üçün istifadə etməyə çalışır. Türkiyə isə bunu öz milli təhlükəsizliyinə qarşı birbaşa təhdid hesab edir. 

Rəsmi ankara bu təhdid ilə mübarizə aparmaq üçün daha öncə də Suriyanın şimalında "Fərat Qalxanı" adlı hərbi əməliyyatlar həyata keçirmişdi. 

Türkiyə hökuməti PKK terror qruplaşmasının Suriya qolu olan PYD-nin Amerika və Qərb dövlətlərinin siyasi və hərbi dəstəyi ilə Suriyanın şimalında müstəqil ölkə və ya federal məntəqə yaratmaq cəhdini Türkiyənin milli təhlükəsizliyini və regionun sülh və sabitliyi əleyhinə ciddi təhdid olduğunu bildirir. 

Dəməşq Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatları ilə müxalifdir. 

Teqlər