Pxenyan: Şimali Koreya ABŞ ilə qarşıdurmaya hazırdır
Şimali Koreyanın BMT-nin Cenevrə qərargahındakı nümayəndəsi şənbə günü ABŞ-ın təhrikedici hərbi hərəkətlərini təhlükəli adlandırıb və deyib: Pxenyan Vaşinqton ilə qarşıdurmaya hazırdır.
İRNA-nın məlumatına görə, Han Tae Sonq Cenevrədə keçirilən tərksilah konfransında deyib: ABŞ-ın hərbi və nüvə təhdidləri Koreya Yarımadasında gərginliyin artmasına səbəb olub.
Şimali Koreyanın BMT-nin Cenevrə qərargahındakı nümayəndəsi həmçinin deyib: Pxenyan ABŞ-ın təhdidləri ilə mübarizə aparmaq üçün nüvə silahlarına ehtiyaclıdır.
Han Tae Sonq həmçinin deyib: Amerika və müttəfiqləri BMT-nin Təhlükəsizlik Şurasından Pxenyana təzyiq göstərmək üçün bir vasitə olaraq istifadə edirlər.
Təhlükəsizlik Şurası ötən aylarda Amerika və müttəfiqlərinin təzyiqləri altında Şimali Koreya əleyhinə bir neçə qətnamə qəbul edib. Amerika Şimali Koreyanın nüvə fəaliyyətlərini bəhanə edərək, bu ölkəni Vaşinqtonun istəklərini qəbul etməyə məcbur etmək istəyir.