Mart 05, 2018 10:38 Asia/Baku
  • Amerikalı məktəblilər silah daşıma qanunlarına etiraz ediblər
    Amerikalı məktəblilər silah daşıma qanunlarına etiraz ediblər

Amerikada yeniyetmə məktəblilərdən ibarət bir qrup silah satışı və sərbəst silah gəzdirmə qanunlarına etiraz ölaməti olaraq Konqres qarşısında aksiya keçirib.

Amerikalı məktəblilər bu aksiyada silah gəzdirməyə qarşı şuarlardan ibarət plakatlar daşıyıblar və uşaqlara dəstək verilməsi, qan tökülməsinə son qoyulmasını istəyiblər. 

Məktəblilər " Təhlükəsiz məktəblər istəyirik" , " Amerikalı gəncləri silah satan şirkətlərə tərcih edin! " kimi şüarlar səsləndiriblər. 

Florida ştatında da mədəni fəallar Pensakula şəhərində bilbordlar quraşdıraraq Milli Silah Cəmiyyətini terror təşkilatı adlandırıblar. 

Lasveqas şəhərində və Kentaki ştatında da bu kimi elanlar şəhərə quraşdırılıb. 

Amerikanın Milli Silah Cəmiyyəti bu ölkənin yüksək çinli rəsmiləri və konqresə dərin nüfuza malikdir və daima sərbəst silah gəzdirmə qanununun dəyişdirilməsinə maneəçilik yaradır. 

Floridada bir məktəbdə baş verən qanlı atışma Amerikada silaha nəzarət üçün tələbatın artmasına səbəb olub. Həmin atışmada 17 nəfər öldü, 50 nəfər yaralandı. 

Bu ölümcül atışmadan sonra Milli Silah Cəmiyyəti ilə əlaqəsini kəsən şirkətlərin siyahısı gün-gündən böyüməkdədir. 

Amma Silaha nəzarət barədə tələblər artsa da ABŞ prezidenti bunun əlayhinədir. 

Teqlər