ABŞ-ın Qüdsdəki səfirliyinin may ayında açılışı olacaq
https://azeri.sahartv.ir/news/dünya-i297721-abŞ_ın_qüdsdəki_səfirliyinin_may_ayında_açılışı_olacaq
ABŞ prezidentinin müavini Mayk Pens deyib: Bu il may ayı ABŞ-ın Qüdsdəki səfirliyinin açılışı olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2018 06:05 Asia/Baku
  • ABŞ-ın Qüdsdəki səfirliyinin may ayında açılışı olacaq
    ABŞ-ın Qüdsdəki səfirliyinin may ayında açılışı olacaq

ABŞ prezidentinin müavini Mayk Pens deyib: Bu il may ayı ABŞ-ın Qüdsdəki səfirliyinin açılışı olacaq.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Mayk Pens bazar ertəsi günü gecə Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) iclasında deyib: Biz bu il may ayında Qüdsdəki səfirliyimizi açmaq niyyətindəyik. 

ABŞ prezidentinin müavini Birləşmiş Ştatların Beytül-Müqəddəsdə səfirlik açmasına beynəlxalq ictimaiyyətin qarşı çıxmasına etina etmədən deyib: ABŞ həmişə İsrailin yanında olacaq. 

Donald Tramp ötən gün sionist rejimin baş naziri Benyamin Netanyahu ilə görüşdə deyib ki, ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimində şəxsən iştirak etməsi mümkündür. 

ABŞ prezidenti Donald Tramp 2017-ci il 6 dekabrda regional və beynəlxalq etirazlara rəğmən Vaşinqtonun Qüdsü sionist rejimin paytaxtı kimi rəsmən tanıdığını və öz səfirliyini həmin şəhərə nəql edəcəyini elan etdi. Bu hərəkət fələstinlilər və dünya ictimaiyyətinin etirazına səbəb oldu.