Mart 09, 2018 20:06 Asia/Baku
  • Amerika Əfqanıstanda narkotik maddələrin istehsalının dayandırılmasına mane olur
    Amerika Əfqanıstanda narkotik maddələrin istehsalının dayandırılmasına mane olur

Amerika Əfqanıstanı işğal etdikdən sonra bu ölkədə narkotik vasitələrin istehsalı 87% artıb.

Əfqanıstan. Dünyanın tiryək kralı. Ötən il yeni rekorda imza da atdı.

İranın BMT-dəki səfiri Qulaməli Xoşru isə statistik məlumatların nigaranedici olduğunu deyir. Narkotik vasitələrin istehsal həcmi 87%-lik artıma malik olub. Təəsüflər olsun ki, bundan ən çox zərər çəkən tərəf qonşu İrandır. Narkotik vasitələrin istehsal həcminin artması, İran üçün əlavə problemlərin yaranması deməkdir. Sonu görünməyən müharibələr və məhvə sürüklənən Əfqanıstan. ABŞ-ın Müdafiə İnformasiyaları Mərkəzinin sabiq baş müşaviri Lorens Korp deyir: “Amerikanın Əfqanıstandakı 20 illik iştirakının nəticəsinə baxın. Vəziyyət budur və hər gün daha da pisləşir.”

Amma, Təhlükəsizlik Şurası üzvlərinin dediklərinə görə, terrorçu qruplar narkotik vasitələrin istehsalı və satışını ciddi formada dəstəkləyirlər. Çünki, onların gəlirləri əsasən bu yolla təmin edilir. Əfqanıstanın boğazına bıçaq çəkərək. Xaşxaş kasacığına çəkilən bıçaq kimi.

 

Teqlər