Mart 09, 2018 20:06 Asia/Baku
  • Ərəbistan vəliəhdinin Londona səfərinə qarşı tənqidlər davam edir
    Ərəbistan vəliəhdinin Londona səfərinə qarşı tənqidlər davam edir

Britaniyalı insan haqları fəalları Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın təsviri ilə yanaşı Ali Səudun Yəməndə törətdiyi cinayətlərə aid təsvirləri nümayiş etdirməklə, onun Londona olan səfərini qınayıblar.

İRİB-nin verdiyi məlumata görə, Britaniyanın İnsan Haqalrı Komissiyası və Müharibə Əleyhinə Təşkilatının vədinə əsasən, Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanın təsvirini cümə axşamı Ali-Səud rejiminin cinayətlərinə aid təsvirlər ilə yanaşı Britaniya Parlamentinin binası üzərinə salınıb. Bununla da yoldan keçənlər az da olsa Ərəbistanın xüsusilə Yəməndəki cinayətləri ilə tanış olublar.

Bundan öncə anti-müharibə təşkilatlarının nümayəndələri, Ərəbistanın siyasətləri ilə müxalif olanlar, islam qrumları və demokratiya tərəfdarlarının birgə iclasında Məhəmməd bin Salmanın Londona səfərinə necə etiraz edəcəkləri barədə ahəngdarlıq yaradıblar.

Bu təşkilatlar ötən həftə ərzində Ərəbistan əleyhinə geniş aksiyalar təşkil etməklə yanaşı, Bin Salmanın təsvirini və onun Londona olan səfəri ilə müxalifətin edilməsinin səbəblərini əks etdirən divar kağızları hazırlayaraq, avtobuslar və avtomobillərin üzərinə habelə,  reklam tablolarına yerləşdiriblər.

 

Teqlər