Mart 10, 2018 18:12 Asia/Baku
  • Vaşinqton Post: Trampın Ş.Koreya rəhbəri ilə görüş qərarı düşünülməmiş qərardır
    Vaşinqton Post: Trampın Ş.Koreya rəhbəri ilə görüş qərarı düşünülməmiş qərardır

Amerikada çıxan Vaşinqton Post qəzeti bu ölkə prezidentinin Şimali Koreya rəhbəri ilə görüş qərarının düşünülməmiş qərar olduğunu bildirib.

Vaşinqton Post qəzeti özünün dünənki sayında baş məqaləsində yazıb: Donald Trampın Kim Con In ilə görüşü ABŞ üçün misli görünməmiş fürsətdir və əgər Amerika strategiya və layihəsi olmadan bu görüşə gedərsə uduzacaqdır. 

Amerikan qəzet yazıb: Trampın Kim Con In ilə görüş qərarı qəfil qərar olduğundan şübhəsiz ki, məğlubiyyətə uğrayacaq. 

Vaşinqton Post qəzeti yazıb: Bu görüş elə bir şəraitdə baş tutmalıdır ki, Ağ ev onun qarşılığında Pxenyanın tərk silahı istiqamətində addımlar atmaq istəyir amma məsələ ondan ibarətdir ki, Ağ ev keçmişdə bütün bu yolları keçib yaxun onları lazımsız adlandırıb. 

Cənubi Koreyadan bir heyət cümə axşamı günü Şimali Koreyanın rəhbərinin ixtilafların aradan qaldırılması üçün ABŞ prezidenti ilə müzakirə  təklifindən xəbər verdi və Tramp cümə günü tvitterdə yazdı ki, tezliklə bu görüşün yeri və zamanı müəyyənləşdiriləcək. 

Teqlər